Bu gün bəzi KİV-lərdə belə bir məlumat yayılıb ki, ötən ilin sonlarında yollardakı dəmir və beton arakəsmlərin üzərindən keçib yolun hərəkət hissəsinə çıxan piyadaların 15 günədək inzibati həbs olunması ilə bağlı Milli Məclisə göndərilən qanun layihəsi dəyişdirilib.
Təklif məqbul sayılmadığı üçün başqa cərimənin tətbiq edilməsi istənilirb Belə ki, həmin qayda pozuntusuna görə piyadalar həbs olunmayacaqlar. Onlar 100 manat məbləğində cərimə ediləcəklər.
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir KərimliModern.az-aaçıqlama verib.
Tahir Kərimli bu qanun layihəsinə etirazını bildirdiyini deyib.
"Bu, həm də digər hüquqpozmalarla bağlıdır. Hətta hakimdən, məhkəmədən kənar orqanların cəza verməsi məsələləri gündəliyə gəlir. Bəziləri fikir səsləndirirlər ki, hətta polis və digər orqanların da inzibati həbs vermək hüquqları yaransın. Bu qəti yolverilməzdir”.