Mərkəzi Seçki Komissiyası (MSK) Avropa Şurasının Venesiya Komissiyası ilə birgə tədbirlər keçirəcək. Bu barədə MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib. R.Qasımov bildirib ki, iyun ayının sonlarında keçiriləcək tədbirlər treninq xarakteri daşıyacaq. Treninqlərdə aşağı seçki komissiyalarının üzvləri üçün şikayətlərin və müraciətlərin araşdırılması istiqamətində bilgilər veriləcək və bu istiqamətdə beynəlxalq təcrübə onların diqqətinə çatdırılacaq. R.Qasımovun sözlərinə görə, MSK Veneseya Komissiyası ilə birgə bir neçə tədbirlər keçirməyi nəzərdə tutur. Onun fikrincə, beynəlxalq təşkilatla əməkdaşlıq seçkilərin daha da şəffaf, Avropa standartlarına uyğun keçirilməsi baxımından önəmlidir.