VHP yeni qərargaha köçdü
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) iyunun 1-dən yeni ofisinə köçüb. Yeni ofis Xətai
rayonu, Xaqani Rüstəmov küçəsi, 1210-cu məhəllədə yerləşir. Partiyanın Siyasi Şurasının üzvü Samir Əsədli bildirib ki, yeni ofis 6 mərtəbəli binadan ibarətdir. Bina partiyanın öz mülkiyyətidir.
Samir Əsədli binanın iki mərtəbəsində VHP-nin, bir mərtəbəsində Dünya
Azərbaycanlıları Konqresinin (DAK) mərkəzi qərargahının fəaliyyət göstərəcəyini
deyib. VHP 1992-ci ildən 2009-cu il aprel ayının 1-dək Səbail rayonu, Əbdülkərim Əlizadə
küçəsi, 9 ünvanında, 2009-cu il aprelin 1-dən 2010-cu il mayın 31-dək Səbail rayonu,
Natəvan döngəsi, 1 ünvanında fəaliyyət göstərib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51