Milli Məclisin İntizam Komissiyasının yeni tərkibi məlum olub.

Qanunverici orqanın İntizam Komissiyasının tərkibində dəyişiklik edilməyib. Belə ki, parlamentin İntizam Komissiyasında əvvəlki tərkib - deputatlar Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə təmsil olunacaq.

Komissiyanın yeni tərkibinin təsdiqlənməsi məsələsinə Milli Məclisin fevralın 1-də keçiriləcək iclasında baxılacaq(report).