Bu gün Vahid Rusiya Partiyasının qurultayında baş nazir Dmitri Medvedev yenidən hakim partiyanın sədri seçilib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, D. Medvedev 2012-ci ildən Vahid Rusiya Partiyasının sədridir.
  
Partiyanın sədri  5 illik müddətə seçilir. L. Medvedev partiya üzvlərinə göstərilən etimada görə təşəkkür edib.
 
Qeyd edək ki, qurultayda Boris Qrızlov da yenidən partiyanın idarəetmə orqanı olan Ali Şuranın Bürosunun rəhbəri seçilib.