Azərbaycan "Eurovision-2010? müsabiqəsinə 1 milyon 560 min manat vəsait xərcləyib
?Eurovision-2010? mahnı müsabiqəsi başa çatdıqdan sonra Azərbaycanın müsabiqəyə nə qədər vəsait xərcləməsi müzakirə mövzusu oldu. Qeyd edək ki, bəzi mətbu orqanlar Azərbaycanın 30 milyon dollardan çox vəsaitin ayrılması barədə məlumat yayıb.
Azərbaycanın ?Eurovision-2010?dakı nümayəndə heyətinin rəhbəri Adil Kərimli bu gün keçirdiyi mətbuat konfransında deyilənləri təkzib edərək ölkəmizin xərclədiyi məbləği açıqlayıb: "Azərbaycan "Eurovision-2010? müsabiqəsinə 1 milyon 560 min manat vəsait xərcləyib. Bu yarışmaya dövlət büdcəsindən heç bir vəsait ayrılmayıb".
A.Kərimlinin sözlərinə görə, xərclənən 1 milyon 560 min manat vəsaitin bir hissəsini İctimai Televiziya, bir hissəsini Dövlət Neft Şirkəti, bir hissəsini isə 2 sponsor ödəyib. Amma A.Kərimli digər iki sponsorun adını açıqlamayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47