Türkiyənin NATO-ya üzv olması rəsmi Ankaranın Rusiya və Çin kimi ölkələrlə yaxından əlaqə qurmasına maneə yaratmamalıdır.

Bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın jurnalistlərə açıqlamasında deyib.

Sözçü bildirib ki, Türkiyənin geopolitik mövqeyi onun çoxşaxəli beynəlxalq əlaqələr qurmasına şərait yaradır:

"Xarici siyasəti sıfırdan başlayan oyun olaraq görmürük. Rusiya ilə yaxınlığımız ABŞ və Avropa ölkələriylə əlaqələrimizə mənfi təsir göstərməməlidir. Başqa dillə desək, NATO müttəfiqi olmağımız Rusiya, Çin, Afrika və Latın Amerika ölkələri ilə əlaqələri tamamən kəsəcəyimiz anlamına gəlməməlidir”.

Axar.az