Azərbaycanda "Adlar və soyadlar haqqında" yeni hazırlanmış qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rafael Hüseynov bildirib.

O qeyd edib ki, layihəni komitə hazırlayıb. "Bu, olduqca problemli məsələdir. Nazirlər Kabinetinin qərarı kifayət etmir. Yeni layihədə bu məsələ geniş qoyulub".