Türkiyə parlamenti israillə bağlı bəyannamə qəbul edib
Türkiyə Böyük Millət Məclisi İsrailin Qəzzaya yardım daşıyan yardım gəmisinə hücumu ilə bağlı bəyannamə qəbul edib. Qəbul edilən sənədə əsasən, İsrailin gəmilərə hücumu zamanı pozulan insan haqlarının yerində araşdırılması üzrə Alt Komissiya yaradılacaq və həmin Komisssiya məsələ ilə əlaqədar İsrailə gedəcək.
Komissiya rəhbəri Zəfər Üskül müvafiq sənədin qəbul edildiyini və bununla bağlı parlamentdə birgə məktub hazırlandığını deyib.
Komissiya rəhbərinin sözlərinə görə, müvafiq məktub BMT İnsan Haqları Şurası, Avropa Şurası İnsan Haqları Baş Komissarlığı, Avropa Parlamenti İnsan Haqları Alt Komitəsi və müxtəlif ölkələrdəki parlamentlərin müvafiq komissiya rəhbərlərinə göndəriləcək.
Z.Üskül həmçinin bildirib ki, Alt Komitə İsrailə getmək üçün hazırlıq işlərinə artıq bu gündən başlayacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50