Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda 13 saylı Əzizbəyov birinci və 14 saylı Əzizbəyov ikinci seçki dairələrinin adında dəyişikliklər edilib. MSK-nın katibi Natiq Məmmədov bildirib ki, Milli Məclis tərəfindən Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında qanun qəbul edib. Bununla əlaqədar olaraq bu seçki dairələrinin də 13 saylı Xəzər birinci və 14 saylı Xəzər ikinci seçki dairələri adlandırılması qanuna uyğundur. İclasda həmçinin 122 saylı Xankəndi, 80 saylı İmişli-Beyləqan dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar qəbul olunub.