Azərbaycan İqtisad Universitetində rektorun kabinetində professorun döyülməsi rezonans yaradıb. Belə ki, ?Yeni Müsavat? qəzetinin yazdığına görə, universitetin rektoru Şəmsəddin Hacıyev bu ali məktəbdə dərs deyən Ağadadaş Qafarovu öz kabinetində döydürüb. Aydınlar Partiyası isə baş verən hadisəyə qəti etirazını bildirir. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxtl olan məlumata görə, Aydınlar Partiyası baş verən hadisəni qətiyyətlə pisləyir. Bəyanatda o da qeyd olunur ki, məsələ araşdırılmalı günahkar şəxslər cəzalandırılmalıdır.