ALP sədr əvəzi Əvəz Temirxan polis tərəfindən izlənilir
Azərbaycan Liberal Partiyanın (ALP) sədr əvəzi Əvəz Temirxan Bərdəyə gedib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ALP yetkilisi özü məlumat verib.
Ə.Temirxan deyib ki, Bərdəyə gələndən bəri yerli icra strukturları və hüquq-mühafizə orqanlarının əməkdaşları onu ?yalnız? buraxmırlar: ?Demək olar ki, kəndin giriş çıxışlarına post qurulub. Polis və mülki geyimdə olan hüquq-mühafizə orqanlarının əməkdaşları, daim mənimlə bir yerdədirlər. Hara gedirəm arxamca gəlirlər. Hətta gəzdiyimi yerlərə, mindiyim avtomobillərin sürücülərinə təzyiq edirlər, bildirirlər ki, Əvəz Temirxanla bir yerdə gəzmək təhlükəlidir. Bir sizlə, rahat hərəkət etmək mümkün deyil, hara gedirəm izlənilirəm?.
ALP yetkilisi onu da bildirib ki, izlənilməsi barədə ATƏT-in Bakı nümayəndəliyinə məlumat verib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51