Barak Obama ABŞ prezidenti qismində son mətbuat konfransını yanvarın 18-də keçirəcək.

"RİA Novosti" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.

"Çərşənbə günü prezident Obama Ağ Evdə vida mətbuat konfransı keçirəcək”, – deyə C.Ernest bildirib.

Barak Obama yanvarın 20-də vəzifəsini tərk edir. Həmin gün ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın inauqurasiya mərasimi keçiriləcək. 

APA