AVP israil dövlətinin dinc insanlara qarzı törətdiyi vandalizmi qətiyyətlə pisləyir
?May ayının 31-də İsrail silahlı qüvvələri görünməmiş vəhşilik edərək, ?İstiqamətimiz Fələstin, yükümüz humanitar yardım!? adı altında blokadada yaşayan fələstinlilərlə humanitar yardım aparan və içərisində ən müxtəlif ölkələrin tanınmış simaları olan 6 türk gəmisini Aralıq dənizinin neytral sularında atəşə tutmuş, silahsız insanlar qətlə yetirilib?.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirlər Ana Vətən Partiyasının bəyanatında yer alıb. Bəyanatda qeyd olunur ki, terrorun İsrailin dövlət rəsmiləri tərəfindən müdafiə olunması sübut edir ki, dinc insanlara, humanitar yük daşıyan gəmilərə atəş əmrini məhz ən yüksək çinli dövlət məmurları verib. İsrailin bu addımı bəşəri dəyərlərə və humanizmə qəsddir və o, ədalətli, hüquqi qiymətini almalıdır.
Ana Vətən Partiyası İsrail dövlətinin dinc insanlara qarşı törətdiyi vandalizmi qətiyyətlə pisləyir və dünya ictimaiyyətini baş vermiş antihumanist hərəkətə qarşı vahid mövqe nümayiş etdirməyə səsləyir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51