Almaniya prezidenti Horst Köhler vəzifəsindən istefa verib. Türkiyə kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Almaniya lideri istefa verməsi ilə əlaqədar açıqlama yayıb. Məlumata görə, istefa xəbərini Horst Köhler Almaniyanın Əfqanıstandakı missiyası ilə əlaqədar açıqlama verdiyi zaman bildirib. 67 yaşlı siyasətçinin istefasının səbəbləri məlum deyil.