Şamaxıda qış-otlaq sahələrinin təyinatının dəyişdirilməsinə etiraz olaraq sahibkarlar yanvarın 14-də saat 15.00-da aksiya keçirəcəklər. 

Bu barədə Musavat.com-a məlumatı Şamaxıdakı mənbələr verib. 

Təşkilatçılar aksiyanın keçirilməsi üçün icra hakimiyyətinə müvafiq məktub ünvanlayıblar. Müraciətdə aksiyanın keçirilməsi üçün bir neçə meydan göstərilib.