Mia.az xəbər verir ki, bu sözləri Azərbaycanın sözügedən alyansa qoşulmasına münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, əlbəttə, İslam Hərbi Alyansının NATO-ya bənzəməsinə çox var:
"Birincisi, islam ölkələri NATO ölkələri qədər həmrəy deyillər, ikincisi də yeni qurumu Şimali Atlantika Blokuna çevirmək üçün ümumi paytaxt, siyasi və hərbi rərargah və bunları maliyyələşdirəcək mənbələr tapılmalıdır.
Buna baxmayaraq, islam aləminin tərkib hissəsi olan Azərbaycan yeni qurumun formalaşması mərhələsində yer almalıdır.
Yeni qurumda üzvlük Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivi baxımından da bizə xeyirlidir. Necə ki, sözdə də olsa İslam Konfransı Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanı işğalçı adlandırır, yeni qurum da eyni prinsipdən çıxış edəcək.
Üstəlik İslam Hərbi Alyansında NATO-dakı 5-ci məddəyə (qurumun hər hansı üzvünə edilən hücum bütün üzvlərə edilən hücuma bərabədir və həmin dövlətə dəstək verilməlidir) bənzər maddə qəbul olunarsa, bununla Azərbaycan işğala qarşı güclü alət qazanmış olacaq".
Mia.az