ABŞ səfiri Robert Sekutanın Azərbaycanda fəaliyyətini davam etdirəcəyi gözlənilir.

Bu barədə Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən deyiblər.

Səfirlikdən bildiriblər ki, Birləşmiş Ştatların Prezidentini təmsil edən səfirlər ABŞ Prezidentinin təyınatı əsasında çalışırlar:

"ABŞ-ın xarici xidmətlər sahəsində üzun müddət yüksək səviyyədə çalışmış səfir Robert Sekutanın Azərbaycanda öz fəaliyyətini davam etdirəcəyi gözlənilir"(Trend).

Qeyd edək ki, bundan əvvəl bir sıra KİV-lərdə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Barak Obama vaxtında təyin olunmuş səfirləri geri çağıracağı iddia olunurdu.