ABŞ-ın Nümayəndələr Palatası BMT-nin Təhlükəsizlik Şurasında İsrail əleyhinə qəbul edilən qətnaməni qınayan qərar qəbul edib.
Strateq.az AFP-yə istinadla xəbər verir ki, qərarda BMT qətnaməsi "İsrail və Fələstin arasında sülhə maneə" kimi dəyərləndirilib.
Sənəd Nümayəndələr Palatasındakı hər iki partiyanın böyük dəstəyi ilə qəbul edilib.
"ABŞ Administrasiyasının BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoymaqdan çəkinməsi ilə BMT-də İsrail əleyhinə hərəkətlərlə bağlı rəsmi Vaşinqtonun mövqeləri zəiflədilir", – deyə qərarda qeyd olunur.
Nümayəndələr Palatasının spikeri Pol Rayan deyib: "Yəhudi dövləti ilə əməkdaşlığımızı bərpa etməyin zamanı yetişib".