Milli Məclisin yaz sessiyası bu gün öz işini başa çatdıracaq. Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, sonuncu iclasda İnzibati xətalar məcəlləsinə dəyişikliklər edilməsi, ?Əməliyyat-axtarış fəaliyyəti haqqında? qanuna dəyişikliklər və əlavə edilməsi, Ailə məcəlləsinə əlavələr edilməsi, ?Milli arxiv fondu haqqında? və ?Əmək pensiyaları haqqında? qanunlara əlavələr və dəyişikliklər edilməsi ilə bağlı məsələlər müzakirə olunacaq. İclasda eyni zamanda Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə bağlı məsələyə də baxılacaq. Bundan başqa, yaz sessiyasının sonuncu iclas günündə növbədənkənar sessiya da çağırılacaq. İyun ayını əhatə edəcək növbədənkənar sessiyanın keçirilməsi üçün artıq deputatların üçdə bir hissəsi müvafiq imza toplayıblar.