Azərbaycanın Yekaterinburqdakı Baz Konsulluğu Respublika Günü münasibətilə furzet verib
Respublikasının Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki Baş Konsulluğundan verilən məlumata əsasən, cari ilin 28 may tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki Baş Konsulluğu tərəfindən 28 May - Respublika Günü münasibətilə furşet verilib.
Tədbirdə Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Nümayəndələr palatasının sədri xanım L.V.Babuşkina, Sverdlovsk vilayətinin Hökumətinin sədrin birinci müavini cənab A.Y.Petrov, Sverdlovsk vilayətinin Dumasının sədrin müavini cənab N.Z.Şaymardanov, Sverdlovsk vilayətinin Beynəlxalq və Xarici İqtisadi əlaqələr Naziri cənab A.V.Xarlov, Sverdlovsk vilayətinin digər rəhbərləri, elm və incəsənət xadimləri və Sverdlovsk vilayətin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Mərasimində Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulu S.Qasımov, Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Nümayəndələr palatasının sədri xanım L.V.Babuşkina (yüksək qonaq), Sverdlovsk vilayətinin Hökumətinin sədrin birinci müavini cənab A.Y.Petrov, Sverdlovsk vilayətinin Dumasının sədrin müavini cənab N.Z.Şaymardanov, Sverdlovsk vilayətinin Beynəlxalq və Xarici İqtisadi əlaqələr Naziri cənab A.V.Xarlov çıxış etdilər. Sonra Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səsləndirildi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50