Nyu-Yorkun Bruklin rayonunda sərnişin qatarının relsdən çıxaraq qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 103 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, xəsarət alanların həyatına təhlükə olmadığı bildirilir. Hadisə yerində xilasetmə əməliyyatı davam edir. 

Məlumata görə, qəza baş verən an qatarda 600 sərnişin olub.