Norveçin paytaxtı Oslodakı ?Telenor Arena? kompleksində ?Eurovision 2010? beynəlxalq mahnı müsabiqəsinin finalı keççirilirb. Finalda 25 ölkədən olan iştirakçı yarışıb. Almaniyalı iştirakçı Lena 246 xal toplayaraq yarışın qalibi olub. 2-ci yerə 170 xalla Türkiyənin ?MaNga? qrupu, 3-ü yerə isə 162 xalla Rumıniyanın Paila Seiling və Ovi dueti çıxıb. Azərbaycanı təmsil edən Səfurə Əlizadə "Dirp dop" mahnısına görə 145 xalla 5-ci yeri tutub. Qeyd edək ki, səsvermədə Türkiyə, Bolqarıstan, Ukrayna və Malta Azərbaycana 12 xal, Kipr 10 xal, Polşa, Rusiya və Gürcustan 8 xal, Moldova, Bosniya-Hersoqovina, İsrail, İspaniya və Norveç 7 xal, Belarus 6xal, Rumıniya 5 xal, Makedoniya və İrlandiya 3 xal, Danimarka, Latviya və İsveçrə 2 xal, Yunanıstan 1 xal verib. Azərbaycanın özündən isə Türkiyəyə 12 xal, Ukraynaya 10 xal. Gürcüstana 8 xal, Rumıniyaya 7 xal. Moldovaya 6 xal, İsrailə 5 xal, Danimarkaya 4 xal, Rusiyaya 3 xal, Böyük Britaniyaya 2 xal, Almaniyaya 1 xal verilib. Yarışmada yerlər aşağıdakı kimi tutulub: 1. Almaniya - 246 xal 2. Türkiyə - 170 3. Rumıniya - 162 4. Danimarka - 149 5. Azərbaycan - 145 6. Belçika - 143 7. Ermənistan - 141 8. Yunanıstan - 148 9. Gürcüstan - 136 10. Ukrayna - 108 11. Rusiya - 90 12. Fransa - 82 13. Serbiya - 72 14. İsrail -71 15. İspaniya - 68 16. Albaniya - 62 17. Bosniya və Hersoqovina - 51 18. Portuqaliya - 43 19. İslandiya - 41 20. Norveç - 35 21. Kipr - 27 22. Moldova - 27 23. İrlandiya - 25 24. Belarus- 18 25.Böyük Britaniya ? 10