Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) fəaliyyətinə xitam verilməsi ilə bağlı məlumat yalandır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında ACP sədri Vaqif Mahsudov deyib. V.Mahmudovun sözlərinə görə, partiyanın fəaliyyətinin dayandırılması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir: ?Rəsul müəllim də bu barədə hər hansı bir qərar verməyib. Partiya fəaliyyətini davam etdirir?.