Rusiya Xarici İşlər Nazirliyi prezident Putinə ABŞ səfirliyinin 31 əməkdaşının və Sankt Peterburqdakı konsulluğunun 4 əməkdaşının ölkədən çıxarılmasını təklif edib.

Bu barədə xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazir deyib ki, ABŞ-ın bu hərəkəti cavabsız qala bilməz: "XİN ABŞ səfirliyinin 31 əməkdaşının "persona-non-qrata” elan edilməsi haqqında təklifini prezidentə göndərib”.

Bundan başqa amerikalılara Moskvadakı "Serebryanıq bor” bağ evlərindən və Dorojnaya küçəsindəki ambarlardan istifadə etmək qadağan edilib.

Strateq.az