ABŞ hökuməti ölkədən 35 rusiyalı diplomatı çıxarır.

Bu barədə "Röyters”ə Amerika administrasiyasından bildirilib.    

Məlumata görə, onlar diplomatik fəaliyyətin qaydalarını pozmaqda ittiham olunurlar. 

Diplomatlar 72 saat ərzində Vaşinqton və San-Fransiskodan çıxarılacaqlar. 

Bundan başqa, ABŞ hökuməti Rusiyanın Merilənd və Nyu-Yorkdakı diplomatik nümayəndəliklərini bağlamağı qərara alıb. ABŞ rəhbərliyi qeyd olunan diplomatik nümayəndəliklərin kəşfiyyat məqsədləri üçün istifadə edildiyini iddia edir.  (APA)