Deputatlarımız Rusiyada parlamentlərarası komissiyanın 9-cu iclasına qatılacaq
Mayın 31-də Moskvada Rusiya Federal Məclisi Federasiya Şurasının Azərbaycan Respublikası Milli Məclisi ilə ikitərəfli parlamentlərarası komissiyasının 9-cu iclası keçiriləcək.
İclasda Milli Məclis sədrinin müavini, parlamentlərarası komissiyanın həmsədri Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədri Arif Rəhimzadə, deputatlardan Rövşən Rzayev, Elton Məmmədov, Gülər Əhmədova, Mixail Zabelin, Fərhad Qəribov, Rüfət Quliyev, Sabir Hacıyev, Rüstəm Xəlilov və Fuad Muradov daxildirlər.
İclasda Bakıda keçirilmiş 8-ci iclasın qərarlarının yerinə yetirilməsi barədə məlumat dinləniləcək, Azərbaycan ilə Rusiya arasında qanunvericilik, miqrasiya və hüquq-mühafizə sahələrində əməkdaşlıq, hər iki ölkənin normativ hüquqi bazalarının dünya təcrübəsi normalarına uyğun təkmilləşdirilməsi və digər mövzularda müzakirələr aparılacaqdır.
Tədbirin sonunda ikitərəfli parlamentlərarası komissiyanın 9-cu iclasının protokolu imzalanacaqdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51