Rusiya Dumasının senatoru Aleksey Puşkov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən bəyanatla çıxış edib.

O, Ərdoğanın ABŞ-ın başçılıq etdiyi koalisiyanın İŞİD-i dəstəkləməsi ilə bağlı verdiyi açıqlamanı haqlı sayıb.

"Ərdoğan haqlıdır! ABŞ-ın terrorçu təşkilatları dəstəkləməsi ilə bağlı çoxlu faktlar var. Dövlət Departamentinin açıq-aydın olanları təkzib etməsi yersizdir” – Puşkov tvitter səhifəsində belə yazıb.

Qeyd edək ki, Dövlət Departamenti Ərdoğanın bəyanatına təcili reaksiya adlandıraraq, Türkiyə prezidentinin dediklərinin həqiqətə uyğun olmadığını iddia etmişdi.

Avropa.info