?Eurovision-2010? mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb. Səsvermənin nəticələrinə görə, Azərbaycan təmsilçisi Səfurə Əlizadə finala vəsiqə qazanıb. Azərbaycanla yanaşı Gürcüstan, Ukrayna, Türkiyə, Ermənistan, Rumıniya, İsrail, İrlandiya, Kipr və Danimarka təmsilçiləri də finala çıxıblar. ?Eurovision-2010? mahnı müsabiqəsinin finalı mayın 30-na keçən gecə keçiriləcək. Qeyd edək ki, finalda çıxış edəcək iştirakçılar arasında püşkatma keçirilib, Səfurənin finalda birinci ifa edəcəyi məlum olub.