Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi təsdiq olunmaq üçün Senata göndərilib. Bu barədə Ağ Evin rəsmi saytında məlumat yerləşdirilib. Brayzanın namizədliyini ABŞ prezidenti Barak Obama iki gün əvvəl rəsmən irəli sürülüb. ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi ötən ilin iyunundan vakant qalır. M.Brayza 2006-2009-cu illərdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri olub.