Bu gecə Norveçin paytaxtı Osloda keçirilən ?Eurovision 2010? beynəlxalq mahnı müsabiqəsində II yarımfinalın iştirakçıları mübarizə aparacaq. Finala 10 vəsiqə uğrunda 17 ölkə - yarışacaq. Azərbaycanı təmsil edən Səfurə Əlizadə ?Drip-Drop? mahnısını ifa edəcək. Sıralanmaya əsasən, Litva, Ermənistan, İsrail, Danimarka, İsveçrə və İsveçdən sonra Azərbaycanın iştirakçısı səhnəyə çıxacaq. II yarımfinalda iştirakçı ölkələr bunlardır: Azərbaycan, Ukrayna, Danimarka, İsrail, Litva, İsveç, İsveçrə, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya, Niderland, Rumıniya, Ermənistan, Sloveniya, Türkiyə. Mayın 29-da keçiriləcək finalda 25 ölkə yarışacaq. Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ?Eurovision-2009?un qalibi Norveç final mərhələsində birbaşa iştirak etmək hüququna malikdirlər.