Milli Məclis sədrinin birinci müavini, parlamentin NATO PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti mayın 27-dən iyunun 2-dək Latviyada NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak edəcək. Müstəqil Informasiya Agentliyinin xəbərinə görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Siyavuş Novruzov, Məlahət İbrahimqızı və Tahir Süleymanov daxildirlər. Riqa şəhərində keçiriləcək toplantıda Əfqanıstanda, Qərbi Balkanlarda vəziyyət, NATO ? Rusiya strateji tərəfdaşlığının inkişafı, nüvə təhlükəsizliyi və raketdən müdafiə, qlobal iqlim dəyişiklikləri, enerji təhlükəsizliyi, iqtisadi böhranın nəticələri, yoxsulluğun aradan qaldırılması və digər məsələlər müzakirə olunacaq. Parlament nümayəndə heyətinin üzvləri diskussiyaya çıxarılan məsələlərə münasibət bildirəcək, fikir mübadiləsi aparacaqlar.