Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatili Mövlut Altıntaşın təmasda olduğu şəxslərdən 8-nin FETÖ-çuların üstünlük verdiyi "ByLock” şifrəli məlumatların mübadiləsi proqramından istifadə etdiyi müəyyənləşib.
 
APA-nın "Anadolu”-ya istinadən verdiyi xəbərə görə, istintaq beş polis əməkdaşının, habelə polis komissarı və onun müavininin "ByLock” proqramından istifadə etdiyini müəyyənləşdirib.  
 
Hazırda qatilin qeyd olunan şəxslərlə əlaqələrinin xarakteri aydınlaşdırılır.