Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın qərərgahında ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru Aleks Qriqoryevslə görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə ölkədəki ictimai-siyasi durum, demokratiya, insan haqları, söz və mətbuat azadlığı, siyasi məhbuslar problemi ərtafında müzakirələr aparılıb. Bundan əlavə qarşıdan gələn parlament seçkiləri və ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi edilib.