ABŞ ilə Rusiya arasındakı rabitə kanalları demək olar ki, tamamilə dondurulub.

Bunu Kreml sözçüsü Dmitri Peskov söyləyib.

Rusiya Prezidenti Vladimir Putinin 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olub-olmayacağına dair Kremldən yeni açıqlama verilib. 

Peskov Putinin 2018-ci il seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyini bilmədiyini deyib.

ABŞ-Rusiya münasibətlərinə dair bəyanat verən Peskov ABŞ ilə Rusiya arasında demək olar ki, bütün rabitə kanallarının dondurulduğunu qeyd edib.

Axar.az