"Əl Bab tam şəkildə ASO və əsgərlərimiz tərəfindən təmizləmə mərhələsindədir".
Mia.az xəbər verir ki, bunu Türkiyə prezidenti Ərdoğan az əvvəl açıqlayıb.
Onun sözlərinə görə, İŞİD məhv olmaq üzrəykən hər yola əl atır:
"Bu gün bir neçə şəhidimiz, yaralımız oldu. Artıq Əl Bab Türkiyə ordusu ilə Azad Suriya Ordusunun (ASO) nəzarəti altındadır. Arzu edirəm, çox uzamadan bu iş tam başa çatar və Əl Bab camaatı öz torpaqlarına yerləşmə imkanı tapar".
Mia.az