"Ceyş əl-Fəth" silahlı qruplaşması Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.
Bu barədə TASS "Əs-Sumariya" telekanalına istinadən məlumat verib.
62 yaşlı diplomat 19 dekabr tarixində Ankarada fotosərginin açılışı zamanı güllə yarası alıb. Nəticədə həyatını itirib.