Türkiyə Suriyanın Əl-Bab şəhərində yenə şəhid verib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilir ki, bu gün İŞİD terrorçuları ilə döyüşdə 4 əsgər şəhid olub, 15-i yaralanıb.

Türkiyə Silahlı Qüvvələri onu da bildirib ki, türk ordusu ASO ilə birlikdə Suriyanın Əl-Bab və Hələb rayonlarını birləşdirən yolu tam nəzarətə götürüb, əməliyyat nəticəsində 40-dan çox İŞİD-çi öldürülüb, onların 48 sığınacaq və istehkamı məhv edilib.

Mia.az