Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bir diplomat olaraq hörmət etdiyim dostum idi.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Avrasiya" tunelinin açılışı mərasimində çıxışı zamanı söyləyib.
Ərdoğanın sözlərinə görə, A.Karlov bir həftə öncə Tatarıstan prezidentinin onunla görüşünü təşkil edib:
"Birlikdə bəzi fikir mübadilələri aparmışdıq. Səmimi, simpatik bir insan idi. Dünən gecə saatlarında məruz qaldığı sui-qəsd və nəticəsi həqiqətən də çox kədərlidir. Öz adımdan və millətimin adından bu qətliamı şiddətlə qınayır, lənətləyirəm. Cənab Putin başda olmaqla bütün dost Rusiya xalqına başsağlığı verirəm".