"Azərbaycan MDB ilə münasibətlərdə öz modelini seçib və biz buna hörmətlə yanaşırıq".

Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycanın MDB-yə verdiyi töhfə ilə bağlı məsələni şərh edərkən jurnalistlərə açıqlamasında deyib.

"MDB-də icbari nizam-intizam yoxdur. Biz bir-birimizi dinləməyi, bir-birimzin maraqlarına hörmət etməyi və maraqlar üst-üstə düşməyəndə bunu problem etməməyi öyrənmişik. Bu, bəlkə də birgə həyatın ən mühüm nailiyyətdir" - səfir bildirib.

Report