?AŞ PA-nın iyun sessiyasında Azərbaycanla bağlı aparılacaq müzakirələr bizim üçün çox vacibdir?
Avropa Şurası Parlament Assambleyasının iyun sessiyasında Azərbaycanla bağlı müzakirələr keçiriləcək. Bu barədə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
"Bu müzakirələr bizim üçün çox vacibdir. Bizim də deməyə müəyyən sözümüz var. Bununla bağlı nümayəndə heyətimiz iş aparır. Sessiya bizə bir neçə nöqteyi-nəzərdən vacibdir. Birincisi, məruzəçilər öz məruzələrini bu tərkibdə sonuncu dəfə hazırlayırlar. Yəni Azərbaycanla bağlı yeni məruzəçilər təyin olunacaq. İkincisi, Azərbaycanda gedən proseslər Avropa Şurasına təqdim olunmalıdır. Sonuncu müzakirələrdən sonra Azərbaycanda xeyli müsbət dəyişikliklər mövcuddur. Üçüncüsü, noyabrda Azərbaycanda parlament seçkiləri keçiriləcək. Mütləq bununla da bağlı müzakirələr olacaq" - deyə Səməd Seyidov bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50