Qırğızıstanın Türkiyədəki səfiri İbrahim Junusov Türkiyədə öldürülən Rusiya səfiri Andrey Karlovun işi ilə bağlı ifadə verməyə hazır olduğunu bildirib.
Mia.az xəbər verir ki, "Ehtiyac varsa, mən Türkiyədə Rusiya səfirinin öldürülməsi ilə əlaqədar ifadə verəcəyəm" -deyə, açıqlama verən İ.Junusovun sözlərinə görə, silahlı şəxs hücum edərkən onun pencəyinin yaxasında xüsusi nişan olub.
Buna görə də sərgiyə toplaşanlar onu mühafizəçi zənn ediblər.
Xatırladaq ki, qırğız səfir də hadisə yerində olub.
Mia.az