Metyu Brayza ABŞ-ın Azərbaycana səfiri təqdim olundu
ABŞ prezidenti Barak Obama Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyini Konqresin təsdiqinə təqdim edib. Bu barədə Ağ Evin saytı bildirir.
ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi ötən ilin iyunundan vakant qalır. ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin AzadlıqRadiosuna deyib ki, səfirin təyin olunması uzun prosesdir. Brayzanın namizədliyini növbəti mərhələdə Senat təsdiqləməlidir. O əlavə edib ki, ?Biz ABŞ hökumətinin göndərdiyi istənilən şəxslə işləməyə şad olarıq?.
M.Brayza 2006-2009-cu illərdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri olub.
Brayza Stenford Universitetini və Fletçer Hüquq Məktəbini bitirib. O, Polşa və Rusiyada da diplomatik fəaliyyət göstərib.
AzadliqRadiosu
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50