Xəbər verdiyimiz kimi, dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada qatıldığı sərgidə sui-qəsd nəticəsində öldürülüb.
Mia.az sui-qəsdlə öldürülən səfirin tərcümeyi-halını təqdim edir:
"Andrey Karlov 1954-cü ildə Moskvada anadan olub.
O, 1976-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutundan, 1992-ci ildə isə Diplomatiya Akademiyasından məzun olub.
Andrey Karlov 1976-ci ildən bu günə kimi diplomatik fəaliyyət göstərir. O, SSRİ, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi mərkəz təşkilatının yanında xarici nümayəndəliklərində, xüsusilə 1976-1981 və 1984-1990-ci illərdə SSRİ-nin Şimali Koreyadakı səfirliyində, 1992-1997-ci illərdə də Rusiyanın Cənubi Koreya Respublikasındakı səfirliyində fərqli vəzifələrdə çalışıb.
Karlov 2001-2006- ci illərdə isə Şimali Koreyada səfir olub.
Səfir 2007-2013-cü illərdə Rusiyanın Xarici İşlər Nazirliyi Konsulluq İşləri Ümumi Müdir Köməkçisi və baş direktoru vəzifələrində çalışıb.
Səfir Karlov 2013-ci ilin iyul ayından Rusiyanın Ankara səfiri olaraq vəzifəsini davam etdirib.
Karlov Koreya və İngilis dillərini bilir. Ailəlidir. Bir uşaq atasıdır".
Allah rəhmət eləsin!