Çeçenistanın paytaxtı Qroznıda həyata keçirilən xüsusi əməliyyat nəticəsində 7 silahlı öldürülüb, 4-ü isə yaxalanıb.
Bu barədə Çeçenistan lideri Ramzan Kadırov şəxsi İnstaqram səhifəsində yazıb.
"Əməliyyat Qroznı və onun ətrafında həyata keçirilib. 7 silahlı məhv edilib, 4-ü isə saxlanılıb. O cümlədən yaralanan 3 silahlı isə xəstəxanaya yerləşdirilib”, - Kadırov bildirib.
Əməliyyatı şəxsən Kadırov idarə edib.
Xatırladaq ki, bu gün bir neçə naməlum şəxs Qroznıda polislərə qarşı silahlı hücum həyata keçirmişdi.
Axar.az