Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kayseridə əsgər daşıyan avtobusa bomba yüklü maşınla hücum edilib.
Hadisə nəticəsində 13 hərbçi şəhid olub, 55 nəfər yaralanıb. Onlardan 12-nin vəziyyətinin ağır olduğu da bildirilir, 6 nəfəri isə reanimasiyadadır..
Mia.az xəbər verir ki, ilkin məlumata görə, terroru Suriyada döyüşən terror qruplarının törətməsi ehtimal olunur.
Bir az əvvəl terrorla bağlı hadisə yerində olan daxili işlər naziri Süleyman Soylu açıqlama verib.
O, terrorla bağlı araşdırma aparıldığını deyərək, terrora qarşı bütün gücləri ilə qətiyyətli olacaqlarını bildirib: "Bu terrora qarşı misli ilə cavab veriləcək. Səbrli olub, bu terroru kökündən həll edəcəyik. terrorun amacına çatmasına imkan verməyəcəyik".
Türkiyənin 11-ci prezidenti Abdulla Gül də hadisə yerinə gedib. O, terroru lənətlədiyini və Türkiyənin terrora baş əyməyəcəyini bəyan edib.
Hadisə ilə bağlı Türkiyə Silahlı Qüvvələri də açıqlama yayıb.
Açıqlamada "13 qəhrəman persionalımız şəhid olub, 48-i yaralanıb. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik", deyə, bildirilib.
Bir azdan baş nazir Binəli Yıldırımda bir neçə dəqiqə əvvəl açıqlama verib.
O, terrorla bağlı heç bir görüş və səfər proqramlarını ləğv etməyəcəklərini deyərək, bununla terrora məqsədinə çatmağa imklan verməyəcəklərini bəyan edib:
"Hamımız birlikdə bunlara qarşı tədbirlər görəcəyik. Terorra, terrorçulara və onların idarə edənlərə qarşı çox amansız və sərt olacağıq. Onları heç bir zaman məqsədlərinə yetişmələrinə imkan verməyəcəyik".