Şvartseneqqer Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
ABŞ-ın Kaliforniya ştatının qubernatoru Arnold Şvartseneqqer Respublika Günü münasibətilə Azərbaycan tərəfinə artıq ənənəvi xarakter alan təbrikini ünvanlayıb.
Azərbaycanın Los-Ancelesdəki konsulluğunun mətbuat xidmətindən verilən məlumata görə, təbrik məktubunda Kaliforniyanın Azərbaycan icmasının ştatın inkişafında oynadığı rol xüsusilə qeyd olunub.
Respublika Günü münasibətilə yazılı təbrik həmçinin San-Xose meriyasından daxil olub.
Məlumata görə, Kaliforniyanın Oranc dairəsi rəhbərliyinin qərarı ilə 28 May dairə ərazisində ?Azərbaycan Milli Günü? elan olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50