?ATƏT Dağlıq Qarabağın müstəqilliyini tanımadığı müddətdə ?parlament seçkisi? Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə təsir etməyəcək". Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudbayevin Azərbaycanın işğal altında olan ərazilərində qondarma seçkinin keçirilməsi ilə bağlı qurumun rəsmi saytında yer alan bəyanatında bildirilir. ?Dağlıq Qarabağda keçirilən ?parlament seçkisi? münaqişənin nizamlanması prosesinə heç bir halda təsir etməməlidir?, - deyə Saudabayevin şərhində bildirilir. Saudabayev bir daha qeyd edib ki, ATƏT-in Dağlıq Qarabağın nizamlanması üzrə Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir və gələcəkdə də Minsk prosesi çərçivəsində bütün tərəflər arasında aparılan siyasi danışıqlara hər vasitə ilə kömək edəcək.