Medvedyev bunun ardınca belə bir açıqlama verib: "Əgər əvvəl valyuta hesabımız yalnız neftin satışı hesabına reallaşırdısa, hazırda əsas gəlir mənbəyimiz silah satışıdır. Bu il 17 milyard dollar civarında silah satmışıq, gələn il bu rəqəmi 20 milyard dollara çatdırmağı planlaşdırırıq. Bu iqtisadiyyatın inkişafına birbaşa təsir edir”.
Mia.az xəbər verir ki, baş nazirin açıqlamasına reaksiya verən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, bu hesabla Azərbaycana səfərə hazırlaşan Medvedyevin müavini Dmitri Roqozin Bakıya yeni və cəlbedici müqavilələr təklif etməlidir: "Ruslar sırf ticari maraqlardan çıxış edərək "İsgəndər” raketlərinin satışına da "yox” deməməlidir".