Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinlə ABŞ-ın qurumdakı daimi nümayəndəsi arasında gərgin anlar və "atışma" baş verib.

Mia.az xəbər verir ki, Hələblə bağlı atəşkəsin müzakirə olunduğu toplantıda çıxış edən ABŞ-ın BMT-əki daimi nümayəndəsi Samanza Pover Hələbdəki mülkü əhalinin, uşaqların öldürülməsində birbaşa Rusiya və İranı nəinki sərt şəkildə ittiham, hətta təhqir edib:

"Hələbdə baş verən kütləvi qətllərdən utanırsınızmı?! Gerçekdən sizin heç utanmanız yoxdurmu?! Orada öldürülən  uşaqlara, yaşlılara, dağıdılan binalara, məhv edilən insanlığa baxanda tükləriniz dikəlmirmi?! Axı, bu qətliamlarda sizin əliniz var. O insanların ölümü sizin boynunuzdadır".

ABŞ diplomatının bu çıxışına Çurkin sərt etiraz edib. 

O, ABŞ-dan olan həmkarına "siz öncə öz ölkənizə baxın, öz etdiklərinizə baxın. Öyrənibsiz, başqalarını ittiham etməyə. Elə danışırsız, sanki rahibə Terezasınız. Ancaq sizin günahınız daha çoxdur", - deyə, cavab verib.

Mia.az